VİDEOMÜŞAHİDƏ 

Müşahidə kameraları ilə uzaqdan və yaxud internet vasitəsi ilə müşahidə idarə olunması Videoregistrator - DVR, İP kameralar qoşulan NVR, yüksək keyfiyyətli video HD kameraları üçün- SVR, SDVR lar istifadə olunur. Hər hansı cihazların internet- WAN, yaxud lokal şəbəkə -LAN vasitəsi ilə müşahidə və idarə etmək üçün bu cihaz şəbəkəyə qoşulu olmalıdır, onun statik İP adresi olmalıdır, və portu təyin olmalıdır. Bu parametrlər cihazın menyusunda Network bölümündə yazılmalı və şəbəkənin routerində NAT vasitəsi ilə marşrutlaşmaldır.IP addres-məsələn 192.168.1.101. WEB port-( varsayılan-80), Video port (məsələn 8085)- Məsləhət görülür ki, varsayılan portları dəyişib 9999-99999 arsı hər hansı bir port nömrəsi yazasınız. Bəzi cihazlarda Command port, Mobile port da olur ki, bunları da qeyd etməli və NAT da marşrutu cihazın İP adresinə yönləndirmək lazımdır.İndi isə, bu parametrləri DVR, NVR, SVR da qoyduqdan, LAN kabellə cihazı routerlə yaxud svitclə şəbəkəyə fiziki qoşduqdan sonra cihazın şəbəkəyə qoşulu olduğunda əmin olmalıyıq. Bunun üçün CMD komandası verib Command rejiminə keçirik və "ping 192.168.1.101" veririk. pinq keçirsə - cihaz şəbəkəyə düzgün qoşuludur. İnternet Explorerdə http://192.168.1.101:xxxx (xxxx - təyin etdiyimiz WEB portdur)IP видеорегистратора: http://192.168.1.101 , İE də ActiveX açıq olmalıdır. Hər şey düzgün qurulubsa bir neçə saniyədən sonra sizə təklif olunacaq ki proqram quraşdırılsın. "Hə" dedikdə deyinəcək ki bu təhlükəlidir. Fikir vermirik və icazə veririk. Proqram yükləndikdən sonra o açılır, və internet explorerdə DVR, NVR, SVR in idarəetmə proqramı açılacaq. Cihazınız şəbəkəyə qoşuludur.Təbriklər :)Fərz edək, ki, fiziki olaraq rekorder (DVR, NVR, SVR) routera LAN kabellə qoşuludur, və siz lokal kompüterinizin ekranında videonəzarət kameralarından videogörüntünü müşahidə edə bilirsiniz. İnternet provaqderin verdiyi satatik İP ünvanı ilə İnternetə qoşulmuş modem və routerimiz var. Növbəti mərhələ routerdə portların yönləndirilməsidir. Yanı xaricdən bu İP ünvana müraciət edəndə router bu sorğunu daxili şəbəkədə HARA, hansı cihaza yönləndirilməsini tapşırmaq lazımdı.

Просмотрите весь каталог